AÇ-2024: “Portuqaliya fərqli nəticəyə layiq idi”

Portuqaliya millisinin müdafiəçisi Pepe Avropa çempionatının 1/4 finalında Fransa ilə oyundakı uğursuzluğu şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 41 yaşlı müdafiəçi baş verənləri təsvir etmək üçün söz tapmağın çətin olduğunu bildirib:

“Baş verən hər şeyi təsvir etmək üçün söz tapmaq çətindir. Portuqaliya fərqli nəticəyə layiq idi, amma bu, futboldur. Bir neçə gün əvvəl Slovakiyanı məğlub edəndə sevinirdiksə, indi üzülürük. Şanslarımız oldu, ləyaqətlə mübarizə apardıq”.

Portuqaliya millisi penaltilər seriyasında Fransaya uduzaraq (3:5), mübarizəni dayandırıb. Görüşün əsas vaxtı 0:0 hesabı başa çatıb. Fransa millisi Avropa çempionatının yarımfinalında İspaniya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button