AÇ-2024: “Bəyənməsələr, kanalı dəyişə bilərlər”
Fransa millisinin baş məşqçisi Didye Deşam millinin Avropa çempionatında zəif çıxışı ilə bağlı tənqidlərə cavab verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı çalışdırıcı, stadionda əla dəstəklərinin olduğunu bildirib:
“Media yazmaqda və istədiyini etməkdə azaddır. Lakin bu qədər şans yaratdıqdan sonra qol vura bilməməyimiz əsəbidir. Uzun müddətdir ki, Niderland millisi ilə oyuna nəzarət etdiyimiz kimi, 5-6 şans yaratdıq.
Stadionda əla dəstəyimiz var və on milyondan çox insan oyunları öz televizorlarında izləyir. Bəyənməsələr, kanalı dəyişə bilərlər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin