AÇ-2024: Azərbaycan millisi Belçikaya məğlub oldu
Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, yığma komanda 5-ci tur çərçivəsində Belçika ilə üz-üzə gəlib.
Belçikalılarla oyun “Dalğa Arena”da keçirilib və Azərbaycan yığmasının məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan millisi ilk dörd oyunda hesabına cəmi 1 xal yazdıra bilib.
Canni De Byazinin rəhbərlik etdiyi Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya millisi ilə yoldaşlıq görüşü keçirəcək.
AÇ-2024, seçmə mərhələ, 5-ci tur
9 sentyabr
F qrupu
Azərbaycan – Belçika 0:1
Qol: Yannik Karrasko, 38.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 20. Aleksey İsayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Yusif Nəbiyev, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 18. Rüstəm Əhmədzadə, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı
Baş məşqçi: Canni De Byazi
Belçika: 12. Koen Kastels, 4. Vout Fas, 5. Yan Vertongen, 3. Artur Teat, 21. Timoti Kastan, 6. Amadou Onana, 8. Yuri Tilemans, 11. Leandro Trossard, 10. Yannik Karrasko, 19. Yohan Bakayoko, 9. Romelu Lukaku
Ehtiyat oyunçular: 1. Tomas Kaminski, 13. Mats Sels, 2. Zeno Debast, 7. Ceremi Doku, 14. Dodi Lukebakio, 15. Olivye Deman, 16. Amin əl-Dahil, 17. Şarl de Ketelar, 18. Orel Manqala, 20. Lois Openda, 22. Uqo Siqet, 23. Mişi Batşuayi
Baş məşqçi: Domeniko Tedesko
Baş hakim: Nenad Minakoviç (Serbiya)
Bakı, “Dalğa Arena”
Xal : Avstriya – 10 (4 oyun), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3)
Bizi Facebook-da izləyin