AÇ-2024: Azərbaycan – Estoniya matçının hakimləri açıqlanıb

Bakıda Azərbaycan və Estoniya milli komandaları arasında keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunu üçün təyinatlar açıqlanıb.

Komanda.az xəbər verir ki, görüş Çexiyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Andrey Berkaya laynsmanlar qismində İvo Nadvornik və Kamil Hayek yardımçı olacaq. Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək.

İyunun 17-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button