AÇ-2024: Azərbaycan – Avstriya matçının stadionu müəyyənləşib

Futbol üzrə Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Avstriya yığması ilə keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, oyun oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq.

F qrupunda yer alan Azərbaycan millisi ilk üç oyunda 1 xal toplayıb. Canni De Byazinin yetirmələri 1-ci turda səfərdə Avstriya millisinə 1:4 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button