Azərbaycan yığması İsveçi darmadağınla yola saldı
Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, milli komanda Bakıda İsveçlə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu İsveçrədən olan hakimlər idarə ediblər. F qrupunda yer alan hər iki komanda final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirmişdi. Qarşılaşma millimizin möhtəşəm qələbəsiylə yekunlaşıb.
Azərbaycan yığması 7 oyundan sonra 7 xalla 4-cü, qonaqlar isə eyni xalla üçüncü pillədə qərarlaşıblar.
Azərbaycan millisi seçmə mərhələdə sonuncu matçını noyabrın 19-da səfərdə Belçikaya qarşı keçirəcək.
AÇ-2024, seçmə mərhələ
16 noyabr
Azərbaycan – İsveç 3:0
Qollar: Emin Mahmudov, 3; 89. Renat Dadaşov, 6.
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 57.
Baş hakim: Ester Ştaubli (İsveçrə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 23. Rəşad Əzizov, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Turan Manafov, 14. Eddi İsrafilov, 15. Amin Seydiyev, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Nəriman Axundzadə, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf (k), 4. Filip Helander, 9. Yens Kayuste, 10. Emil Forsberq, 13. Ken Sema, 14. Linus Valkfist, 17. Viktor Qyökeres, 18. Samuel Qustafson, 19. Mattias Svanberq, 21. Deyan Kuluşevski.
Ehtiyat oyunçular: 12. Viktor Yohansson, 23. Kristoffer Nordfeldt, 2. Emil Kraft, 5. İsak Hin, 6. Niklas Hult, 7. Viktor Klaesson, 8. Albin Ekdal, 11. Markus Roden, 15. Karl Starfelt, 16. Huqo Larsson, 20. Kristoffer Olsson, 22. Robin Kayson.
Baş məşqçi: Yanne Andersson.
Bizi Facebook-da izləyin