AÇ-2024: Azərbaycan ən çox qol buraxanlar arasında ikincidir

AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunun növbəti oyunlarından sonra statistik göstəricilər müəyyənləşib.

Komanda.az xəbər verir ki, hər iki görüşdə uduzan Azərbaycan millisi hazırda təsnifatda ən çox qol buraxan ikinci komandadır.

Canni de Byazinin baş məşqçisi olduğu yığma iki görüşdə qapısından 9 qol buraxıb. Milli bu göstəricidə yalnız Lixtenşteyndən (11 qol) geri qalır.

Cəbəllütariq və Lüksemburq 6, Belarus 5 (bir oyuna), San Marino, Malta və Bolqarıstan isə 4 qol buraxıblar.

Azərbaycan komandası ən çox qola mane olan kollektivlərin sırasında da yer alıb. Yığma 10 qurtarışla Finlandiya ilə birlikdə 4-5-ci yerləri bölüşdürür. Yusif İmanov Avstriya ilə qarşılaşmada 8, Emil Balayev İsveçlə matçda 2 dəfə qurtarış edib. İmanov ümumi qapıçıların siyahısında 6-cı pillədə qərarlaşıb.

Höccət Haqverdi ikili mübarizələrdə 6 dəfə qalib gəlib. O, hazırda bu göstəricidə 4-6-cı yerləri bölüşdürür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button