“Ayağım yaxşıdır, ciddi bir şey yoxdur”
Almaniya yığmasının kapitanı və yarımmüdafiəçisi İlkay Gündoğan AÇ-2024-ün ilk turunda Şotlandiya ilə oyundan sonra durumu haqda danışıb.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu ayağının yaxşı olduğunu bildirib:
“Ayağım yaxşıdır, ciddi bir şey yoxdur”.
Gündoğan açılış matçında ayağından güclü zərbə alıb və buna görə rəqib oyunçu meydandan qovulub.
Almaniya və Şotlandiya milliləri arasında görüş Münhendəki “Allianz Arena”da baş tutub. Oyun Yulian Naqelsmannın komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin