“İspanlarla almanların qarşılaşmasını iki bərabərhüquqlu komandanın oyunu hesab edirəm”
Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan Avropa çempionatının 1/4 finalında İspaniya ilə keçiriləcək oyundan gözləntilərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Barselona”nın futbolçusu AÇ-2024-də ən yaxşı futbolu məhz bu komandaların göstərdiyini bildirib:
“İspanlarla almanların qarşılaşmasını iki bərabərhüquqlu komandanın oyunu hesab edirəm. Əsas məsələ rəqibin topa sahib olduğu anlarda bizim və ya onların öhdəsindən necə gələcəyimiz olacaq”.
İspaniya – Almaniya qarşılaşması iyulun 5-də keçiriləcək. Oyunun start fiti saat 20:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin