AÇ-2024: “Artıq qurban olmaqdan yorulmuşam”

İspaniya millisinin hücumçusu Alvaro Morata azarkeşlərin ona ünvanladığı tənqidlərə cavab verib.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu millidə oynamaqdan həzz aldığını bildirib:

“Milli komandada elə anlar yaranır ki, hər şey çətin olur. Artıq qurban olmaqdan, danışmaqdan, şikayət etməkdən yorulmuşam. Sadəcə, komandamızın yaxşı çıxış etməsini istəyirəm. Mən millidə oynamaqdan həzz alıram, çünki bu, yığmadakı son turnirim ola bilər. Belə bir qərar qəbul etmək çətindir, amma hər şey mümkündür”.

İspaniya yığması Avropa çempionatının yarımfinalında Fransa ilə qarşılaşacaq. Oyun iyulun 9-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button