AÇ-2024: “Almanların çempionluq şansı var”
“Barselona”nın sabiq müdafiəçisi Pike 2024-cü il Avropa çempionatında hansı komandaları favorit hesab etdiyi haqda danışıb.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu almanların çempionluq şansının olduğunu bildirib:
“Almanların çempionluq şansı var. Onlar turnirin ev sahibi olduqları üçün bu komandaya qarşı çıxmaq hamı üçün çətin olacaq. İspaniya millisini də qeyd edəcəm, indi onlarda da Almaniya millisi kimi nəsillər dəyişir. Son illərdə ispanlar özlərini yaxşı tərəfdən göstəriblər, ona görə də mən onları qələbəyə iddialı hesab edirəm”.
2024-cü il Avropa çempionatına iyulun 14-də yekun vurulacaq. Turnirin hazırkı qalibi AÇ-2020-nin finalında İngiltərəni məğlub edən İtaliya millisidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin