AÇ-2024: Almaniyalı futbolçu 1/8 final matçını buraxa bilər

Almaniya yığmasının müdafiəçisi Antonio Rüdiger qrup mərhələsinin İsveçrə ilə matçında zədələnib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu AÇ-2024-ün 1/8 final matçını buraxa bilər.

Almaniya millisinin tibbi heyəti Rüdigerin durumuna nikbin yanaşır və “Real”ın müdafiəçisinin növbəti matçda komandaya kömək edə biləcəyinə ümid edir.

Rüdiger Avropa çempionatında bir avtoqolla yadda qalsa da, ümumilikdə müdafiədə inamlı oynayıb və komandasına pley-offa çıxmağa kömək edib. Almanlar qrupda Şotlandiya, Macarıstan və İsveçrə yığmaları ilə mübarizə aparıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button