
AÇ-2024: Almaniya millisini sevindirən xəbər
Omba nahiyəsindən zədə alan Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger Avropa çempionatının 1/8 final mərhələsində Danimarka yığması ilə qarşılaşmada iştirak edə biləcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu meydana çıxmağa hazır olduğunu açıqlayıb.
Almaniya və Danimarka yığmaları arasında oyun bu gün keçiriləcək. Matçın start fiti saat 23:00-da səslənəcək.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçirilir. Turnirin hazırkı qalibi AÇ-2020-nin finalında İngiltərə yığmasını məğlub edən İtaliya komandasıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin