Keçmiş futbolçu: “Almaniya Avropa çempionu olacaq”

Almaniyalı sabiq futbolçu Lotar Matteus milli komandanın 2024-cü il Avropa çempionatındakı çıxışı ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu turnirdə qalib gələcəklərinə inandığını bildirib:

“Komandamız Avropa çempionatını Şotlandiya ilə matçla açır. Turnirdə qalib gələcəyimizə inanıram. Mən öz proqnozumu verirəm: Almaniya Avropa çempionu olacaq”.

Bu gün Münhendəki stadionda Almaniya və Şotlandiya milliləri arasında AÇ-2024-ün açılış oyunu keçiriləcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button