AÇ-2024: “Albaniyanın yaxşı komandası var”
Xorvatiya millisinin futbolçusu İvan Perişiç 2024-cü il Avropa çempionatının Albaniya millisi ilə görüşü öncəsi açıqlama verib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvat yarımmüdafiəçi Albaniya millisinin yaxşı komanda olduğunu bildirib:
“Albaniyanın yaxşı komandası var. Onlar təsnifat turnirində yaxşı çıxış etdilər. Bu komanda fiziki cəhətdən güclüdür. Futbolçular meydanda çox çalışırlar. Onlar birincidən sonuncu saniyəyə kimi mübarizə aparacaqlar. Biz lap əvvəldən işə ciddi yanaşıb qələbə qazanmalıyıq”.
Xorvatiya – Albaniya oyunu iyunun 19-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin