“AÇ-2024-də iz buraxmaq istəyirik” – Gürcü futbolçu
Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 2024-cü il Avropa çempionatından gözləntilərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcü futbolçu AÇ-2024-də iz buraxmaq və tarixə yeni səhifə yazmaq istədiklərini bildirib:
“AÇ-2024-də iz buraxmaq və tarixə yeni səhifə yazmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Komandamız bütün diqqətini qarşıdakı turnirə cəmləyib və buna hazırdır. Bütün Gürcüstan bizim debütümüzü gözləyir”.
Gürcüstan millisi AÇ-2024-də F qrupunda çıxış edəcək. Onların rəqibləri Türkiyə (18 iyun), Çexiya (22 iyun) və Portuqaliya komandaları (26 iyun) olacaq.
Avropa çempionatının açılış matçı iyunun 14-də baş tutacaq. Almaniya millisi Şotlandiya ilə qarşılaşacaq. Görüş saat 23.00-da başlayacaq.
Bizi Facebook-da izləyin