İngiltərə və İtaliyadan inamlı qələbə, Portuqaliyadan darmadağın
2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qrup üzrə 8 qarşılaşma keçirilib.
C qrupunda İngiltərə yığması Ukraynanı sınağa çəkib. Britaniyalılar növbəti qələbəyə imza atıblar. İlk turda məhz ingilislərə məğlub olmuş İtaliya millisi isə Maltanın qonağı olub. Bu oyunda isə qonaqlar inamlı qələbəyə seviniblər.
H qrupunda Qazaxıstan Danimarkanı, Sloveniya San Marinonu məğlub yola salıb. Şimali İrlandiya yığması isə Finlandiya ilə ev oyununda məğlubiyyətlə üzləşib.
J qrupunda Lixtenşteyn doğma meydanda İslandiyaya, Lüksemburq isə Portuqaliyaya uduzub. Slovakiya da Bosniya və Herseqovina ilə ev oyunundan qalib ayrılıb.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 2-ci tur
26 mart
C qrupu
İngiltərə – Ukrayna 2:0
Qol: Keyn, 37. Saka, 40.
Malta – İtaliya 0:2
Qol: Reteqi, 15. Pessina, 27.
H qrupu
Qazaxıstan – Danimarka 3:2
Qol: Zaynutdinov, 73-pen. Tagibergen, 86. Aymbetov, 89 – Hoylund, 21; 35.
Sloveniya – San Marino 2:0
Qol: Şeşko, 56. Di Mayo, 60-öz qapısına.
Şimali İrlandiya – Finlandiya 0:1
Qol: Kallman, 28.
J qrupu
Lixtenşteyn – İslandiya 0:7
Qol: Olafsson, 3. Haraldsson, 38. Gunnarson, 48; 68; 73-pen. Qudyonsen, 85. Ellertsson, 87.
Lüksemburq – Portuqaliya 0:6
Qol: Ronaldo, 9; 31. J.Feliks, 15. B.Silva, 31. Otavio, 77. Leao, 88.
Slovakiya – Bosniya və Herseqovina 2:0
Qol: Mak, 13. Haraslin, 40.
Bizi Facebook-da izləyin