AÇ-2022: Azərbaycan Niderland və Slovakiya ilə eyni qrupda
22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin AÇ-2022-dəki rəqibləri bəlli olub.
Federasiyanın mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma komanda Kosova, Niderland və Slovakiya ilə birgə E qrupuna düşüb.
Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosovaya qarşı keçirəcək. Milli ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək. Oyunlar Bakı vaxtı ilə 21:00-da başlayacaq. Görüşlərə Kosova ev sahibliyi edəcək.
Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.
AÇ-2022, təsnifat mərhələsi
E qrupu
20 may
21:00. Azərbaycan – Kosova
21 may
21:00. Niderland – Azərbaycan
22 may
21:00. Slovakiya – Azərbaycan
Bizi Facebook-da izləyin