İspaniya büdrədi, İtaliya AÇ-2020-də!

Bu gün AÇ-2020-nin seçmə mərhələsində 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 10 oyun baş tutub.

Azərbaycan millisinin yer aldığı C qrupunda iki oyun olub. İlk iki yer uğrunda mübarizə aparan komandaların dueli böyük maraq doğururdu. Bir neçə gün sonra yığmamızı qəbul edəcək Macarıstan əvvəlcə Xorvatiyanın qonağı olub və böyük hesabla uduzub. Digər qarşılaşmada isə Slovakiya ilə Uels münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib.

C qrupunda ikinci sırada yer alan Şimali İrlandiya əsas rəqiblərindən olan Hollandiyanı qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşma hollandların çətin və əzmkar qələbəsiylə yekunlaşıb. Belarus – Estoniya matçında isə qapılara qol vurulmayıb.

Avropa çempionatına ilk vəsiqələr İ qrupunda qazanıla bilərdi. İlk 6 turu itkisiz keçirən Belçika doğma arenasında San Marino üzərində qələbə qazanaraq, bu vəzifənin öhdəsindən gəlmiş olacaqdı. Gözlənildiyi kimi, meydan sahibləri bu şansı əldən verməyiblər. 9 cavabsız qola sevinən belçikalılar həm də AÇ-2020-yə ilk vəsiqənin sahibi olublar. Həmçinin Rusiya da final mərhələsinə indidən bilet əldə edə bilərdi. Bunun üçün şimal qonşularımız Şotlandiyaya qalib gəlməli, Qazaxıstanla Kipr isə bərabərə qalmalıydı. Lakin ruslar qələbə qazansalar da, digər oyunda Kipr 3 xal əldə edib.

İkinci oyun günündə A, B və H qruplarında yer alan komandalar meydana çıxıb. Günün 7 görüşünün hamısı eyni vaxtda başlayıb.

A qrupunda ikinci pillənin sahibi Çexiya itkisiz irəliləyən lider İngiltərəni qəbul edib. “Dumanlı Albion” təmsilçisi bu matçda da qalib gəlsəydi, final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəkdi. Amma hesabı ingilislərin açdığı oyunda çexlər əzmkar qələbəyə seviniblər. Monteneqro – Bolqarıstan matçında isə hesab açılmayıb.

B qrupunda həm lider Ukrayna, həm də onun ən yaxın izləyicisi Portuqaliya evdə autsayderləri sınağa çəkib. Gözlənildiyi kimi, hər iki oyunda meydan sahibləri rahat qələbə qazanıblar.

H qrupunda çıxış edən Türkiyə yığması doğma azarkeşləri önündə Albaniyanı qəbul edib və minimal hesabla qalib gəlməklə liderliyini qoruyub. Fransa da İslandiya səfərində minimal hesabla üstün olub. Andorra isə gözlənilmədən Moldovaya qalib gəlib.

Son gündə D, F və J qruplarında ümumilikdə 8 oyun keçirilib.

F qrupunda yer alan İspaniya yığması final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilərdi. Bunun üçün Norveçin qonağı olan pireneylilər ardıcıl 7-ci qələbəni qazanmalı, qrupun digər oyunlarında isə İsveç və ya Rumıniya xal itirməliydi. İspanlar bu görüşdə ilk dəfə xal itkisi ilə üzləşiblər. İsveç və Rumıniya da darmadağına sevinib.

Yunanıstanı qəbul edən İtaliyanın vəsiqəni rəsmiləşdirməsi daha real idi. “Skuadra Adzurra”ya bunun üçün istənilən hesablı qələbə kifayət idi. İnamlı qələbə qazanan italyanlar bu vəzifənin öhdəsindən gəliblər.

AÇ-2020, seçmə mərhələ, 7-ci tur

10 oktyabr

İ qrupu

Qazaxıstan – Kipr 1:2
Qol
: Yerlanov, 34 – Sotiriu, 73. İoannu, 84.

Rusiya – Şotlandiya 4:0
Qol
: Dzyuba, 57; 70; 84. Ozdoyev, 60.

Belçika – San-Marino 9:0
Qol
: Lukaku, 28; 41. Şadli, 31. Drolli, 35-öz qapısına. Alderveyreld, 43. Tilemans, 45+1. Benteke, 79. Versxaren, 84-pen. Kastan, 90.

C qrupu

Belarus – Estoniya 0:0

Hollandiya – Şimali İrlandiya 3:1
Qol
: Depay, 80; 90+4. De Yonq, 90+1 – Magennis, 75.

E qrupu

Xorvatiya – Macarıstan 3:0
Qol
: Modriç, 5. Petkoviç, 24; 42.

Slovakiya – Uels 1:1
Qol
: Kuçka, 53 – Mur, 25.

G qrupu

Avstriya – İsrail 3:1
Qol
: Lazaro, 41. Hinteregger, 56. Sabitzer, 88 – Zahavi, 34.

Şimali Makedoniya – Sloveniya 2:1
Qol
: Elmas, 50; 68 – İliçiç, 90+5-pen.

Latviya – Polşa 0:3
Qol
: Levandovski, 9; 13; 76.

11 oktyabr

H qrupu

Andorra – Moldova 1:0
Qol
: Vales, 63.

Türkiyə – Albaniya 1:0
Qol: C.Tosun, 90.

İslandiya – Fransa 0:1
Qol
: Jiru, 66-pen.

A qrupu

Çexiya – İngiltərə 2:1
Qol
: Brabeç, 9. Ondraşek, 85 – H.Keyn, 5-pen.

Monteneqro – Bolqarıstan 0:0

B qrupu

Portuqaliya – Lüksemburq 3:0
Qol
: B.Silva, 16. Ronaldo, 65. Quedes, 89.

Ukrayna – Litva 2:0
Qol
: Malinovski, 29; 58.


12 oktyabr

D qrupu

Gürcüstan – İrlandiya 0:0

Danimarka – İsveçrə 1:0
Qol
: Poulsen, 84.

J qrupu

Bosniya və Herseqovina – Finlandiya 4:1
Qol
: Hayroviç, 29. Pyaniç, 37-pen; 58. Hodziç, 73 – Pohjanpalo, 79.

İtaliya – Yunanıstan 2:0
Qol
: Jorjinyo, 63-pen. Bernardeski, 78.

Lixtenşteyn – Ermənistan 1:1
Qol
: Frik, 72 – Barseqyan, 19.

F qrupu

Farer adaları – Rumıniya 0:3
Qol
: Puşkaş, 74. Mitrita, 83. Keseru, 90+4.

Malta – İsveç 0:4
Qol
: Danielson, 11. Larsson, 58-pen; 71-pen. Aqius, 66-öz qapısına.

Norveç – İspaniya 1:1
Qol
: Kinq, 90+4-pen – Saul, 47.

Bombardir: Eran Zahavi (İsrail) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button