AÇ-2020: UEFA İngiltərəni cərimələdi
UEFA İngiltərə Futbol Assosiasiyasını cərimələyib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Buna Londondakı “Uembli” stadionunda Danimarkaya qarşı Avropa çempionatının yarımfinal oyunu zamaı yerli azarkeşlərin rəqib komandanın qapıçısı Kasper Şmeyxelin üzünə lazer işığı salması, himnə hörmətsizlik etməsi və priotexniki vasitələrdən istifadəsi səbəb olub.
UEFA bütün bunlara görə, İngiltərə Futbol Assosiasiyasını 30 000 avro cərimə edib.
Qeyd edək ki, sözügedən görüşdə 2:1 hesablı qələbə qazanan İngiltərə millisi finalda İtaliya yığmasına rəqib olub. Həlledici qarşılaşma sabah keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin