“AÇ-2020 üçün hər şey Balotellinin öz əlindədir” – Mançini

AÇ-2020-nin seçmə mərhələsinin 9-cu turu çərçivəsində Bosniya və Herseqovina yığmasına 3:0 hesabı ilə qalib gələn İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, oyunla bağlı danışan 54 yaşlı mütəxəssis, Mario Balotellinin milliyə mümkün qayıdışı ilə bağlı da danışıb:

“Seçmə mərhələdə bütün oyunlarda qalib gəldik. Futbolçular həqiqətən çox yaxşı iş gördülər. Artıq turnirin final mərhələsinə qədər daha da yaxşılaşmağımız üçün çalışacağıq.

Balotelli çox yaxşı bilir ki, oynamağa layiq olsa, milli komandaya qayıdacaq. Hazırda heyətimizdə zədəli olmayan və formada olan futbolçular yer alır. AÇ-2020 üçün hər şey Balotellinin öz əlindədir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button