AÇ-2020: Türkiyə və İtaliya yığmalarından ilk

AÇ-2020-nin açılış matçında Türkiyə millisi İtaliya yığmasına 0:3 hesabıyla məğlub oldu.

Komanda.az xəbər verir ki, bu oyunda bəzi rekordlar və ilklər qeydə alınıb.

Belə ki, Türkiyə millisinin futbolçusu Merih Demiral 53-cü dəqiqədə avtoqola imza atmaqla bir ilki gerçəkləşdirib. Avropa çempionatlarının tarixində ilk dəfə açılış matçında avtoqol qeydə alınıb.

Bundan başqa, İtaliya millisi də ilkə imza atıb. Sözügedən komanda Avropa çempionatlarında ilk dəfə bir oyunda üç qol vurub. “Skuadra adzura” AÇ tarixində daha öncə 38 oyununda darmadağına imza ata bilməmişdi.

AÇ tarixində ilk dəfə açılış matçında böyükhesablı (3:0) qələbə qeydə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button