AÇ-2020: Ronaldo matçın ən yaxşısı seçildi
AÇ-2020-nin F qrupu çərçivəsində keçirilən Macarıstan – Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 36 yaşlı futbolçu bu matçda dubla imza atıb. O, komandasının 3:0 hesablı qələbə qazandığı görüşün 87-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. İtaliyanın “Yuventus” klubunun uğurları üçün çalışan təcrübəli futbolçu, 90+2-ci dəqiqədə oyunda son nöqtəni qoyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin