
AÇ-2020: İtaliya – İspaniya matçının ən yaxşı futbolçusu açıqlandı
AÇ-2020-nin yarımfinal mərhələsi çərçivəsində keçirilmiş İtaliya – İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, İtaliya yığmasının yarımmüdafiəçisi Federiko Kyeza bu görüşün ən yaxşısı seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Kyeza İspaniya ilə oyunda bir qol vurub.
İtaliya – İspaniyat matçının əsas vaxtı 1:1 hesabıyla bitib. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən italyanlar finala yüksəliblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin