“Azərbaycanla oyuna yeni başlanğıc kimi baxırıq”
AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Uels millisinin üzvü Tom Lourens açıqlama verib.
Komanda.az “bbc.com” saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu, Azərbaycanla oyunun onlar üçün yeni başlanğıc olduğunu deyib:
“Azərbaycanla oyuna yeni başlanğıc kimi baxırıq. Hamımız meydana çıxmağı səbirsizliklə gözləyirik.
Qaret Beyl dünyanın ən yaxşı futbolçularından biridir. Onun meydanda olması Uels üçün əlavə üstünlükdür. Ancaq hər şeyi təkcə Beylin öhdəsinə buraxa bilmərik. Digər oyunçular da komandaya kömək etməlidirlər”.
Sabah keçiriləcək Uels – Azərbaycan matçı saat 22:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin