UEFA qərarını açıqladı: Azərbaycan millisi boş tribunalar önündə oynayacaq

AÇ-2020-nin seçmə mərhələsinin Macarıstan – Azərbaycan oyunu azarkeşsiz keçiriləcək.

Komanda.az xəbər verir ki, buna səbəb UEFA-nın Macarıstan Futbol Federasiyasını cəzalandırması olub. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi sentyabrın 9-da baş tutan Macarıstan – Slovakiya oyununda (1:2) slovak tərəfdarların milliyətçi şüarlar səsləndirməsi, hər iki komandanın azarkeşləri arasında insidentin yaranmasına görə federasiyalara cəza verib. Həm Macarıstan milli komandası, həm də Slovakiya yığması növbəti oyunlarını boş tribunalar önündə keçirəcək. Macarıstan millisi Azərbaycanla, Slovakiya isə Uelslə qarşılaşacaq.

UEFA bundan başqa, Macarıstan Futbol Federasiyasına 67,125 avro, Slovakiya Futbol Federasiyasına isə 20000 avro məbləğində pul cəriməsi tətbiq edib.

Slovakiya – Uels matçı oktyabrın 10-da, Macarıstan – Azərbaycan qarşılaşması isə oktyabrın 13-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button