“Azərbaycanı məğlub etsək…” – Uels millisinin kapitanı
AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla qarşılaşacaq Uels milli komandasının futbolçusu Eşli Uilyams açıqlama verib.
Komanda.az “telegraph.co.uk” saytına istinadən xəbər verir ki, yığmanın kapitanı olan 35 yaşlı müdafiəçi bunları deyib:
“Baş məşqçi Rayan Giqqz bilir ki, mən yaxşı oyun sərgiləyirəm və oynamaq istəyirəm. Slovakiya və Macarıstanla matçlarda məni oyuna buraxmadığı üçün məyus oldum, amma mən formadayam.
Azərbaycanı məğlub etsək, Kardiffdə Macarıstanla oyun inanılmaz olacaq”.
Uels millisi noyabrın 16-da Azərbaycan, 19-da isə Macarıstanla qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin