İngiltərə millisində dəyişiklik – ilk dəfə…

AÇ-2020-nin seçmə mərhələsində Çexiya və Bolqarıstanla qarşılaşacaq İngiltərə millisinin heyətində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, “Aston Villa”nın üzvü Tom Hiton zədə səbəbindən yığmanın heyətindən çıxarılıb. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

Hitonun əvəzinə, “Şeffild Yunayted”in qapıçısı Din Henderson yığmaya çağırılıb.

Henderson daha əvvəl İngiltərənin müvafiq yaş qruplarından ibarət komandasında çıxış edib. 22 yaşlı qapıçı ilk dəfə əsas komandanın heyətinə daxil edilib.

İngiltərə millisi oktyabrın 11-də Çexiya, 14-də isə Bolqarıstanla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button