İngiltərə millisində itki – Toplanışı tərk etdi
AÇ-2020-nin seçmə mərhələsində Bolqarıstan və Kosovo yığmaları ilə qarşılaşacaq İngiltərə millisi ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, yığmanın müdafiəçisi Aaron Van-Bissaka zədələnib. Bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi “tvitter” hesabı məlumat yayıb. Bissaka millinin toplanışını tərk edib.
İngiltərə millisinin heyətində sağ cinah müdafiəçisi mövqeyində Kiran Trippye və Trent Aleksander-Arnold olduğu üçün Bissakanın əvəzinə yığmaya heç kim çağırılmayıb.
İngiltərə millisi sentyabrın 7-də Bolqarıstan, 10-da isə Kosovo ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin