AÇ-2020: Türkiyə millisinin Bakıdakı son oyununun hakimləri açıqlandı
AÇ-2020-nin qrup mərhələsinin 3-cü turu çərçivəsində Bakıda keçiriləcək İsveçrə – Türkiyə matçının hakimləri açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Slavko Vinçiç olacaq. Ona yan xətt hakimləri Tomas Klançnik və Anrdas Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını İsveçdən Andreas Ekberq yerinə yetirəcək.
İyunun 20-da, Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə matçı saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin