AÇ-2020: Fransa – Almaniya matçında paraşütlü etirazçı FOTOLAR
AÇ-2020-nin qrup mərhələsinin ilk turunun Fransa – Almaniya matçından əvvəl maraqlı hadisə baş verib.
Komanda.az xəbər verir ki, Münhendə keçirilən qarşılaşma başlamazdan əvvəl bir azarkeş paraşütlə meydana enib. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb və xəstəxanalıq olub.
Paraşütün üzərində “Nefti futboldan çıxarın” deyə, şüar yazılmışdı. Azarkeş meydana düşdükdən sonra təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. UEFA məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını bildirib.
Fransa – Almaniya matçı fransızların minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin