Kristian Eriksen əməliyyat olundu
AÇ-2020-nin qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən Danimarka – Finlandiya matçında huşunu itirən danimarkalı futbolçu Kristian Eriksen əməliyyat olunub.
Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, Eriksenin ürəyindən uğurlu əməliyyat keçirdiyi bildirilib. 29 yaşlı hücumçuya kardioverter-defibrillyator (İCD) qoşulub.
Eriksen ömrünün sonuna kimi bu cihazla yaşamalı olacaq.
Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin