Bonuççi Avropa çempionatları tarixinə düşdü

AÇ-2020-nin qalibi olan İtaliya yığmasının futbolçusu Leonardo Bonuççi turnirin tarixinə düşüb.

Komanda.az xəbər verir ki, İngiltərə ilə həlledici matçda fərqlənən Bonuççi, Avropa çempionatları tarixində finallarda qol vuran ən yaşlı futbolçu olub. İngilislərə qol vuran müdafiəçi 34 yaş 71 günlüyündə olub.

İtaliya yığması əsas vaxtı 1:1 hesabıyla bitən matçda İngiltərəni penaltilər seriyasında 3:2 hesabıyla məğlub edib və Avropa çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button