Eriksen: “Özümü yaxşı hiss edirəm” FOTO

AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən danimarkalı futbolçu Kristian Eriksen “instagram”da paylaşım edib.

Komanda.az xəbər verir ki, xəstəxanadan şəklini paylaşan Eriksen, ona dəstək olan azarkeşlərə təşəkkür edib:

“Hamıya salam! Dəstəyiniz üçün çox sağ olun. Bu, mən və ailəm üçün çox şey deməkdir. Mən yaxşıyam. Hələ bir neçə müayinədən keçməliyəm deyə, xəstəxanadayam. Lakin özümü yaxşı hiss edirəm. İndi qarşıdakı oyunlarda danimarkalı uşaqları dəstəkləyəcəm. Danimarka kimi oynayın!”

AÇ-2020-nin qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən Danimarka – Finlandiya matçı 0:1 hesabıyla bitib. Eriksen qarşılaşmanın 42-ci dəqiqəsində huşunu itirərək yerə yıxılıb. Futbolçu həkimlərin ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button