“Elə hiss edirdim ki, belim qırılıb” – Eriksen

AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan Kristian Eriksen açıqlama verib.

Komanda.az xəbər verir ki, hazırda İngiltərənin “Brentford” klubunda çıxış edən danimarkalı yarımmüdafiəçi, yaşadığı xoşagəlməz hadisə haqda bunları deyib:

“Düşünürdüm ki, burda yatan mən ola bilmərəm, mən sağlıqlıyam. Yerdə olanda elə hiss edirdim ki, belim qırılıb. Başımı qaldırdım, azarkeşlərin şüarlarını eşitdim. Sonra təcili yardımla məni apardılar. Təcili tibbi yardım maşınına minənə qədər ölüb dirildiyimin fərqində deyildim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button