AÇ-2020: Rus azarkeşi döyən ukraynalı fanat həbs olundu

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində Şotlandiyada keçirilən İsveç – Ukrayna matçında rusiyalı azarkeş Denis Smolenskiyə hücum edən ukraynalı fanat həbs olunub.

Komanda.az xəbər verir ki, bu barədə Smolenski özü açıqlama verib:

“Mənə hücum edən şəxs həbs olunub. Hələ nə edəcəyimi düşünmürdüm. Heç anamla bu barədə danışmamışdım”.

İyunun 29-da, Şotlandiyada “Hempden Park” stadionunda keçirilən İsveç – Ukrayna matçında Smolenski Rusiya bayrağını üzərində gəzdirdiyi üçün ukraynalı fanatlarla mübahisə edib. Nəticədə, Denisin bayrağı əlindən alınıb, köynəyi cırılıb və qaşı partladılıb.

Ukrayna İsveçi 2:1 hesabıyla məğlub edib və 1/4 finala yüksəlib. Ukrayna bu mərhələdə İngiltərə yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button