AÇ-2020: İtalyan hücumu, alman dəqiqliyi STATİSTİKA
AÇ-2020-nin 1/8 final mərhələsindən sonra komandaların və futbolçuların statistik göstəriciləri açıqlanıb.
Komanda.az xəbər verir ki, turnirdə ümumilikdə 123 qol vurulub. Orta hesabla oyunlarda hər 32 dəqiqədən bir qol olub. Qollar isə ən çox 46-60-cı dəqiqə arasında vurulub.
Hazırda ən çox qol vuran komanda İspaniya yığmasıdır. Luis Enrikenin rəhbərlik etdiyi kollektiv 11 qol vurub. Ən çox topa sahib olan komanda da məhz ispanlardır. İspaniya yığmasının topla oynama faizi ortalama 67,5 faizdir.
AÇ-2020-də ən çox dəqiq ötürmə verən alman futbolçulardır. 1/8 finalda İngiltərə yığmasına uduzan Almaniya millisinin dəqiqliyi 89,3 faizdir.
Turnirin hazırkı bombardiri 5 qolla Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldodur. Ən çox məhsuldar ötürmə edən isə İsveçrə yığmasından Stiven Zuberdir.
Milli komandaların statistik göstəriciləri, ən yaxşılar
Ən çox qol vuran: İspaniya – 11
Ən çox topa sahib olan: İspaniya – 67.5 faiz
Ən çox dəqiq ötürmə edən: Almaniya – 89.3
Ən çox hücum cəhdi: İtaliya – 87
Ən çox top qazanma: Avstriya – 207
Ən çox seyv edən: Uels – 18
Ən çox “quru oyun” keçirən: İngiltərə – 4
Futbolçular
Ən çox qol vuran: Kriştiano Ronaldo (Portuqaliya) – 5
Ən çox məhsuldar ötürmə edən: Stiven Zuber (İsveçrə) – 4
Ən sürətli qaçan: Leonardo Spinatsolla (İtaliya): 33.8
Ən çox məsafə qət edən: Zabitser (Avstriya) – 48.7
Ən çox dəqiq zərbə vuran: Kriştiano Ronaldo (Portuqaliya) – 8
Ən çox dəqiq ötürmə edən: Ris Ceyms (İngiltərə) – 99
Ən çox seyv edən: Uğurcan Çakır (Türkiyə) – 18
Bizi Facebook-da izləyin