AÇ-2020: Bakıdakı son oyunun hakimləri açıqlandı
AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində iyulun 3-də, Bakıda keçiriləcək Çexiya – Danimarka matçının hakimləri açıqlanıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Byörn Kuypers olacaq. Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rusiyadan olan Sergey Karasev yerinə yetirəcək.
İyulun 3-də keçiriləcək Çexiya – Danimarka oyunu saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin