AÇ-2020-nin ən sərt futbolçusu
AÇ-2020-nin ən çox qayda pozan futbolçusu məlum olub.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, Danimarka yığmasının yarımmüdafiəçisi Tomas Dileynidir. 29 yaşlı yarımmüdafiəçi 6 matçda 15 dəfə qayda pozub. O, turnirin ən sərt futbolçusu olub.
Danimarka yığması AÇ-2020-də mübarizəni yarımfinalda dayandırıb. Danimarkalılar İngiltərəyə uduzub – 1:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin