
AÇ-2020-nin ən yaxşı futbolçusu açıqlandı
AÇ-2020-nin ən yaxşı futbolçusu məlum olub.
Komanda.az turnirin saytına istinadən xəbər verir ki, bu, İtaliya yığmasının futbolçusu Canluici Donnarummadır. 22 yaşlı qapıçı turnirdə keçirdiyi 7 oyunda cəmi 4 top buraxıb.
AÇ-2020-nin ən yaxşı gənc futbolçusu isə İspaniya yığmasının yarımmüdafiəçisi Pedri seçilib.
Turnirin qalibi İtaliya milli komandası olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin