AÇ-2020: “Mançester Yunayted”in futbolçusu ən yaxşı seçildi

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş İngiltərə – Almaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, İngiltərə yığmasının müdafiəçisi Harri Maquayr bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən birinə çevrilib.

Qeyd edək ki, İngiltərə – Almaniya matçı 2:0 hesabıyla başa çatıb. Nəticədə ingilislər 1/4 finala vəsiqə qazanıblar.

Maquayr “Mançester Yunayted” klubunun formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button