AÇ-2020: Kapitan matçın ən yaxşısı seçildi
AÇ-2020-nin C qrupu çərçivəsində keçirilən Ukrayna – Şimali Makedoniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, Ukrayna yığmasının hücumçusu Andrey Yarmolenko bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu bu görüşdə qazandıqları qələbədə əsas pay sahiblərindən biri olub. Belə ki, komandasının 2:1 hesabıyla qalib gəldiyi görüşdə kapitan Yarmolenko bir qol vurub, digər qolda da məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Yarmolenko hazırda İngiltərənin “Vest Hem” klubunun formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin