AÇ-2020: İtaliya yığmasının heyəti açıqlandı

Futbol üzrə İtaliya millisinin AÇ-2020 üçün geniş heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Roberto Mançini 28 futbolçuya dəvət göndərib.

Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Heyətdə 3 qapıçı, 10 müdafiəçi, 8 yarımmüdafiəçi və 7 hücumçu yer alıb:

Qapıçılar: Canluici Donnarumma (“Milan”), Aleks Meret (“Napoli”), Salvatore Siriqu (“Torino”);

Müdafiəçilər: Leonardo Bonuççi, Corco Kyellini (hər ikisi “Yuventus”), Canluka Mançini, Leonardo Spinassola (hər ikisi “Roma”), Françesko Açerbi (“Latsio”), Alessandro Bastoni (“İnter”), Covanni Di Lorenso (“Napoli”), Emerson (“Çelsi”, İngiltərə), Alessandro Florensi (PSJ, Fransa), Rafael Toloy (“Atalanta”);

Yarımmüdafiəçilər: Nikola Barella, Stefano Sensi (hər ikisi “İnter”), Brian Kristante, Lorenso Pelleqrini (hər ikisi “Roma”), Manuel Lokatelli (“Sassuolo”), Matteo Pessina (“Atalanta”), Marko Veratti (PSJ, Fransa), Jorjinyo (“Çelsi”, İngiltərə);

Hücumçular: Federiko Bernardeski, Federiko Kyeza (hər ikisi “Yuventus”), Lorenso İnsinye, Matteo Politano (hər ikisi “Napoli”), Andrea Belotti (“Torino”), Çiro İmmobile (“Latsio”), Domeniko Berardi (“Sassuolo”).

Qeyd edək ki, AÇ-2020 bu il 11 iyun – 11 iyul aralığında keçiriləcək. AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var.

İtaliya millisi AÇ-2020-də Türkiyə, Uels və İsveçrə ilə birgə A qrupunda mübarizə aparacaq. Sözügedən qrupun Uels – İsveçrə, Türkiyə – Uels və İsveçrə – Türkiyə oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək. Təqvimə əsasən, Bakı 1/4 final mərhələsinin də bir oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button