AÇ-2020: İsveçli hücumçu ən yaxşı seçildi
AÇ-2020-nin E qrupu çərçivəsində keçirilən İsveç – Slovakiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, İsveç yığmasının hücumçusu Aleksandr İsak bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 21 yaşlı forvard bu matçda qazandığı penalti ilə komandasının qələbəsində (1:0) əsas pay sahiblərindən birinə çevrilib.
Qeyd edək ki, Aleksandr İsak hazırda İspaniyanın “Real Sosyedad” klubunun formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin