AÇ-2020: Danimarkalı futbolçu huşunu itirdi, oyun təxirə salındı
Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka – Finlandiya matçında xoşagəlməz hadisə baş verib.
Komanda.az xəbər verir ki, ilk hissənin sonlarına yaxın meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb. Bundan sonra görüş dayandırılıb.
İlkin ehtimallara görə, yarımmüdafiəçinin ürəyi dayanıb. Bir müddət meydanın içində müalicəsi davam etdirilən Eriksen daha sonra xəstəxanaya aparılıb.
Qarşılaşmada hesab açılmayıb. UEFA da artıq bu matçla bağlı rəsmi açıqlama yayıb. Oyunun qeyri-müəyyən vaxta təxirə salındığı bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin