AÇ-2020: Danimarka və Çexiya milliləri Bakıda – FOTOLAR

AÇ-2020-nin 1/4 final mərhələsində qarşılaşacaq Çexiya və Danimarka milli komandaları Azərbaycana gəlib.

Komanda.az xəbər verir ki, hər iki yığmanı gətirən təyyarələr axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Çexiya yığması Bakıda “Hilton” otelində məskunlaşıb. Sözügedən komanda sabah Bakı Olimpiya Stadionunda məşqə çıxacaq.

Danimarka millisi isə “Hyatt” otelində qalacaq. Kasper Hyulmandın çalışdırdığı komanda da sabah Bakı Olimpiya Stadionunda məşq edəcək.

Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya – Danimarka oyununa saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button