
AÇ-2020: Cüneyt Çakıra növbəti təyinat
Türkiyəli FİFA referisi Cüneyt Çakır AÇ-2020-nin daha bir oyununa təyinat alıb.
Komanda.az xəbər verir ki, o, qrup mərhələsinin üçüncü turunun Ukrayna – Avstriya matçını idarə edəcək.
C qrupu çərçivəsində baş tutacaq matçda Çakıra yan xətt hakimləri qismində Bahaddin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Daniel Zibert yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 21-də Buxarestdə keçiriləcək Ukrayna – Avstriya matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin