İspaniyadan çətin, İtaliyadan inamlı qələbə
Bu gün AÇ-2020-nin seçmə mərhələsinin növbəti oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma baş tutub. Azərbaycan millisi də bu turnirdə ilk oyununa çıxıb. Baş məşqçi Nikola Yurçeviçin ilk sınağı həmyerliləri xorvatlara qarşı olub. Xorvatiya millisi Azərbaycan yığmasını “Maksimir” stadionunda qəbul edib və əzmkar qələbə qazanıb.
Bu qrupun digər oyununda Slovakiya Macarıstanla üz-üzə gəlib və 2 cavabsız qolla qalib gəlib.
İlk turun maraqla gözlənilən qarşılaşmasında Belçika Rusiyanı qəbul edib. Ciddi itkiləri olmasına baxmayaraq, belçikalılar bu oyundan inamlı qələbə ilə ayrılıblar.
İkinci oyun günündə daha 7 qarşılaşma keçirilib. Türkiyə millisi Albaniya səfərinə yollanıb və inamlı qələbəyə sevinib. İngiltərə isə Çexiyanı qəbul edib və 5 cavabsız qolla qalib gəlib. Portuqaliya – Ukrayna matçında hesab açılmayıb. Son dünya çempionu Fransa isə səfərdə Moldovaya böyük hesabla qalib gəlib.
Bu gün keçirilən oyunlarla AÇ-2020-nin seçmə mərhələsinin 1-ci turuna yekun vurulub. İspaniya Norveçi, İtaliya isə Finlandiyanı qəbul edib. Hər iki oyunda favorit olan meydan sahibləri qələbə qazanıblar. İsveç isə doğma azarkeşləri qarşısında Rumıniya yığmasıyla münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı bu matçda da meydan sahibləri 3 xala sevinən tərəf olub.
AÇ-2020-nin seçmə mərhələsi, 1-ci tur
23 mart
D qrupu
Gürcüstan – İsveçrə 0:2
Qol: Zuber, 57. Zakaria, 80.
Cəbəllütariq – İrlandiya 0:1
Qol: Hendrik, 49.
F qrupu
Malta – Farer adaları 2:1
Qol: Nvoko, 13. Borq, 77-pen – Tomsen, 90.
İsveç – Rumıniya 2:1
Qol: Kayson, 33. Klaesson, 40 – Keseru, 58.
İspaniya – Norveç 2:1
Qol: Rodriqo, 16. S.Ramos, 71-pen – Kinq, 65-pen.
J qrupu
Bosniya və Herseqovina – Ermənistan 2:1
Qol: Kruniç, 33. Miloşeviç, 80 – Mxitaryan, 90-pen.
İtaliya – Finlandiya 2:0
Qol: Barella, 7. Kin, 74.
Lixtenşteyn – Yunanıstan 0:2
Qol: Fortunis, 45. Donis, 80.
22 mart
A qrupu
Bolqarıstan – Monteneqro 1:1
Qol: Nedelev, 82-pen – Muqoşa, 50.
İngiltərə – Çexiya 5:0
Qol: Sterlinq, 24; 62; 69. Keyn, 45-pen. Kalas, 84-öz qapısına.
B qrupu
Lüksemburq – Litva 2:1
Qol: Barreyro, 45. J.Rodriqes, 55 – Çernıx, 14.
Portuqaliya – Ukrayna 0:0
H qrupu
Albaniya – Türkiyə 0:2
Qol: B.Yılmaz, 21. H.Çalhanoğlu, 55.
Andorra – İslandiya 0:2
Qol: Byarnasson, 22. Kyartansson, 80.
Moldova – Fransa 1:4
Qol: Ambros, 89 – Qrizmann, 24. Varan, 27. Jiru, 36. Mbappe, 87.
21 mart
I qrupu
Qazaxıstan – Şotlandiya 3:0
Qol: Pertsux, 6. Voroqovski, 10. Zaynutdinov, 51.
Kipr – San Marino 5:0
Qol: Sotiriu, 19-pen; 23-pen. Kusulos, 26. Efrem, 31. Layfis, 56.
Belçika – Rusiya 3:1
Qol: Tilemans, 14. Hazard, 45-pen; 88 – Çerışev, 16.
C qrupu
Hollandiya – Belarus 4:0
Qol: Depay, 1; 55-pen. Veynaldum, 21. Van Dayk, 86.
Şimali İrlandiya – Estoniya 2:0
Qol: Makqrin, 56. Deyvis, 75-pen.
E qrupu
Xorvatiya – Azərbaycan 2:1
Qol: B.Barişiç, 44. A.Kramariç, 79 – R.Şeydayev, 19.
Slovakiya – Macarıstan 2:0
Qol: Andrey Duda, 42. Albert Rusnak, 85.
G qrupu
Avstriya – Polşa 0:1
Qol: Pyontek, 69.
Makedoniya – Latviya 3:1
Qol: Alioski, 11. Elmas, 29; 90 – İsayev, 87.
İsrail – Sloveniya 1:1
Qol: Zahavi, 55 – Sporar, 48.
Bombardir: Rahim Sterlinq (İngiltərə) – 3 qol.
Bizi Facebook-da izləyin