AÇ-2020: Altı qolluq matçın ən yaxşısı bilindi
AÇ-2020-nin F qrupu çərçivəsində keçirilən Portuqaliya – Almaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, Almaniya yığmasının sol cinah müdafiəçisi Robin Qosens bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. Komandasının ilk qolu zamanı məhz Qosensin ötürməsindən sonra rəqib futbolçu avtoqola imza atıb. Kay Havertsin vurduğu qolun ötürməsini də Qosens verib. 60-cı dəqiqədə isə o, özü rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Portuqaliya – Almaniya matçı 2:4 hesabıyla başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin