Türkiyədən Andorra üzərində çətin qələbə
AÇ-2020-nin seçmə mərhələsinin 5-ci turunun növbəti oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçirilib. J qrupunda İtaliya millisi Ermənistanla səfər oyunundan əzmkar qələbə ilə ayrılıb. Yunanıstan yığması isə Finlandiya səfərində minimal hesabla uduzub. Azərbaycan millisinin keçmiş baş məşqçisi Roberto Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina Lixtenşteynlə ev oyununda 5 cavabsız qola sevinib.
F qrupunda İspaniya Rumıniyanı sınağa çəkib və çətinliklə də olsa, qələbə qazanıb. Norveç isə Maltanı 2 cavabsız qolla üstələyib.
Azərbaycan millisinin yer aldığı E qrupunun oyunları dünən keçirilib. Azərbaycan yığması Uelsin, Xorvatiya isə Slovakiyanın qonağı olub. Millimizin növbəti məğlubiyyətinə üzüldüyü gündə xorvatlar darmadağına seviniblər.
Günün mərkəzi oyununda C qrupunda mübarizə aparan Almaniya və Hollandiya yığmaları üz-üzə gəlib. “Volkspark” stadionunda keçirilən qarşılaşmada qapılara bütövlükdə 6 qol vurulub. Qələbəni isə qonaqlar bayram ediblər.
Turun qalan oyunları bu gün keçirilib. A qrupunda Kosovo Çexiyanı, İngiltərə isə Bolqarıstanı qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbə qazanıb. H qrupunda liderlər sırasında qərarlaşan İslandiya Moldovanı, Fransa Albaniyanı, Türkiyə isə Andorranı qəbul edib. Bu oyunlarda da sevinən tərəf meydan sahibləri olub. B qrupunda Ukrayna Litvanın qonağı olub və darmadağınla qalib gəlib. Serbiya isə Portuqaliya ilə qarşılaşıb. Altı qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.
AÇ-2020, seçmə mərhələ, 5-ci tur
5 sentyabr
J qrupu
Ermənistan – İtaliya 1:3
Qol: Karapetyan, 11 – Belotti, 28; 80. Pelleqrini, 77.
Bosniya və Herseqovina – Lixtenşteyn 5:0
Qol: Qoyak, 11; 89. Dulyeviç, 80. Dzeko, 85. Vişça, 88.
Finlandiya – Yunanıstan 1:0
Qol: Pukki, 52-pen.
F qrupu
Rumıniya – İspaniya 1:2
Qol: Andone, 59 – Ramos, 29-pen. Alkaser, 47.
Norveç – Malta 2:0
Qol: Berqe, 34. Kinq, 45+1-pen.
Farer adaları – İsveç 0:4
Qol: İsak, 12; 15. Lindelöf, 23. Kayson, 41.
D qrupu
Cəbəllütariq – Danimarka 0:6
Qol: Skov, 6. Eriksen, 34-pen; 50-pen. Delaney, 69. Qyutkyer, 78.
İrlandiya – İsveçrə 1:1
Qol: Makqoldrik, 85 – Şaf, 74.
G qrupu
İsrail – Şimali Makedoniya 1:1
Qol: Zahavi, 55 – Ademi, 64.
6 sentyabr
C qrupu
Estoniya – Belarus 1:2
Qol: Sorqa, 54 – Naumov, 48. Skaviş, 90+2.
Almaniya – Hollandiya 2:4
Qol: Qnabri, 9. Kroos, 73-pen – De Yonq, 59. Ta, 66-öz qapısına. Malen, 79. Veynaldum, 90+1.
I qrupu
Kipr – Qazaxıstan 1:1
Qol: Sotiriu, 39 – Şçetkin, 2.
San Marino – Belçika 0:4
Qol: Batşuayi, 43-pen; 90+2. Mertens, 57. Şadli, 63.
Şotlandiya – Rusiya 1:2
Qol: Makqinn, 11 – Dzyuba, 40. Jirkov, 59.
E qrupu
Slovakiya – Xorvatiya 0:4
Qol: Vlaşiç, 45. Perişiç, 47. Petkoviç, 72. Lovren, 89.
Uels – Azərbaycan 2:1
Qol: P.Paşayev, 26-öz qapısına. Q.Beyl, 84 – M.Emreli, 59.
G qrupu
Sloveniya – Polşa 2:0
Qol: Ştruna, 35. Şporar, 65.
Avstriya – Latviya 6:0
Qol: Arnautoviç, 7; 53-pen. Sabitser, 13. Steynbors, 76-öz qapısına. Laymer, 80. Qreqoritş, 85.
7 sentyabr
A qrupu
Kosovo – Çexiya 2:1
Qol: Muriqi, 20. Voyvoda, 67 – Şik, 16.
İngiltərə – Bolqarıstan 4:0
Qol: H.Keyn, 24; 50-pen; 73-pen. Sterlinq, 55.
H qrupu
İslandiya – Moldova 3:0
Qol: Siqtorsson, 31. Byarnason, 55. Bodvarsson, 77.
Fransa – Albaniya 4:1
Qol: Koman, 8; 68. Jiru, 27. İkone, 85 – Çikalleşi, 90.
Türkiyə – Andorra 1:0
Qol: O.Tufan, 89.
B qrupu
Litva – Ukrayna 0:3
Qol: Zinçenko, 7. Marlos, 27. Malinovski, 62.
Serbiya – Portuqaliya 2:4
Qol: Milenkoviç, 68. Mitroviç, 85 – Karvalyo, 42. Qedeş, 58. Ronaldo, 80. B.Silva, 86.
Bombardir: Eran Zahavi (İsrail) – 8 qol.
Bizi Facebook-da izləyin